İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən Delyaqinin Azərbaycanı nüvə silahı ilə vurmaq təklifinə REAKSİYA

2562 29.03.2022 15:55 Gündəm A A

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dövlət Dumasının deputatı Mixail Delyaqinin Rusiyanın Azərbaycanın neft infrastrukturuna zərbələr endirməsi ilə bağlı açıqlamalarının dövlətin mövqeyi ilə heç bir əlaqəsi olmadığını bildirib, təmkinli olmağa çağırıb.

Musavat.com-un xəbərinə görə, Peskov jurnalistlərə deputatın təhdidli açıqlamasını şərh vermək xahişini cavablandırarkən deyib: “Bu bəyanat heç bir halda Rusiya Federasiyasının rəsmi xəttinə uyğun gəlmir və uyğun ola bilməz. Daha doğrusu, bu, şəxsi emosiyalar müstəvisində yatan bəyanatdır".

Prezident köməkçisi ardınca əlavə edib: “Əlbəttə ki, biz emosiyaları cilovlamağa və xüsusilə tərəfdaşlarımıza münasibətdə belə ifadələrdən çəkinməyə çağırardıq. Azərbaycan isə tərəfdaş dövlətlər kateqoriyasına aiddir”.

Sözçü onu da vurğulayıb ki, Rusiyanın Qarabağda sülhün qorunması və ölkələrin öz öhdəliklərini yerinə yetirməsi üçün ciddi səylər göstərdiyi bir şəraitdə emosiyalarda təmkin lazımdır.

Bundan əvvəl Qarabağda vəziyyətin gərginləşməsi fonunda deputat Delyaqinin bəyanatları mediada yer alıb. Deputatın Azərbaycanın neft infrastrukturuna zərbələr endirilməsinin mümkünlüyünü qeyd etdiyi bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR