İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən Azərbaycan və Ermənistana çağırış: Bizdə imzalayın

401 05.06.2026 01:42 Siyasət A A

Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün öz ərazisində platforma təqdim etməyə hazır olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində çıxışı zamanı bildirib.

“Əvvəlki kimi, İrəvan və Bakıya nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında, humanitar məsələlərin həllində yardım göstərməyə, həmçinin sülh müqaviləsinin imzalanması üçün Rusiya platformasını hazırlayıb təqdim etməyə hazırıq”, – deyə Qaluzin qeyd edib.

Diplomat vurğulayıb ki, Rusiya 2020–2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş üçtərəfli razılaşmalar əsasında İrəvan və Bakının münasibətlərin normallaşdırılması istiqamətində səylərini ardıcıl şəkildə dəstəkləyir.

Qaluzin həmçinin bildirib ki, Rusiya regional əməkdaşlığın 3+3 formatının böyük potensiala malik olduğunu hesab edir. Onun sözlərinə görə, bu platforma Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstanı bir araya gətirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR