İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml muzdlu könüllülər toplayır- Dövlət büdcəsi tükənir, savaş xərci artır

1440 03.08.2022 12:15 Yazarlar A A

Kreml rəhbərliyi Ukrayna müharibəsi üçün minlərlə yeni könüllü əsgər axtarır. Müvafiq hərbi təcrübəsi olmayanlar, yaşı 60-a qədər olan könüllülər də orduya cəlb edilir.

“CNN”in məlumatına görə, 30 mindən çox rusiyalı könüllü səfərbər oluna bilər – onların əksəriyyəti, ehtimal ki, Donbas bölgəsinə göndəriləcək.

Rusiyadan gələn xəbərlərdə isə bildirilir ki, Kreml 60 min əsgər toplamağa çalışır. Əsasən milli azlıqlardan ibarət olan əsgərlərə yüksək müavinət söz verilib.

Vaşinqtondakı Müharibənin Tədqiqi İnstitutunun Rusiya üzrə tədqiqatçısı Katerina Stepanenko vəziyyəti belə izah edib: “Bəzi batalyonlar yalnız döyüş dəstəyi əməliyyatlarında (məsələn, logistika və ya siqnal batalyonları) iştirak edəcəklər, digərləri isə mövcud hərbi hissələri gücləndirəcək və ya döyüş batalyonlarının tərkibində qalacaqlar”.

Hərbi rəhbərlik əhali arasında vətənpərvərlik təbliğatını da artırıb. Sosial şəbəkələrdə, küçələrdə tirajlanan plakatlarda Ukrayna müharibəsində iştirak "kişi işi" kimi təbliğ olunur.

Ordu rəhbırliyi Rusiyanın 85 regionun hər birindən 400 könüllünü Ukrayna müharibəsinə cəlb etmək istəyir. Bu gün Kremlin 35 min əsgərə ehtiyacı var və bu boşluğu qeyri-rus xalqların hesabına doldurmaq lazımdır. “Themoscowtımes” portalının məlumatına görə, Başqırdıstanda hər könüllüyə 8 min dollar aylıq müavinət söz verilib.

756577891697817.jpg (272 KB)

Başqırdıstanlı hüquq müdafiəçisi F. Qabbasov özünün "Vkontakte" sosial şəbəkəsində döyüşmək istəyən şəxslərin adlarının məxfi saxlandığını və əsgərlərin əsasən pula ehtiyacı olan şəxslərdən ibarət olduğunu yazıb: "Onların əksəriyyətinin yaşı 40-dan yuxarıdır və ola bilsin ki, 20 il əvvəl Çeçenistan müharibəsində müəyyən təcrübə toplayıblar, lakin peşəkar deyillər”.

Hərbi analitiklər isə bu əsgərlərin döyüş bacarıqlı olmasına şübhə edirlər. Bu mənzərə də rus qoşunlarının hücumlarının effektivliyini şübhə altına alır.

Rusiyalı hərbi ekspertlər də muzdlu, təlim keçməmiş əsgərlərin müharibənin trayektoriyasını dəyişmək gücündə olmadığını bildirirlər. Bununla yanaşı, müharibəyə qeyri-rusların cəlb olunması gələcəkdə federasiya subyektlərində etirazları alovlandıra bilər. Rusiyalı hərbi ekspert Luzinin fikrincə, Rusiyanın etnik respublikaları üsyanlara qarşı xüsusilə həssasdırlar və milli azlıqlar döyüşlərdən evə qayıtdıqdan sonra siyasi qeyri-sabitliyə səbəb ola bilərlər: "Bu əsgərlər düşünə bilərlər ki, bizi öz axmaq məqsədləriniz üçün döyüşməyə məcbur edirsiniz, sanki biz müstəmləkə aborigeniyik. Bu, partlayıcı bir kokteyldir."

Təxminən 800 nəfərdən ibarət başqırd batalyonu keçən ay təlim keçmək üçün yola salınarkən videolarda nümayiş etdirilib. Onları subyekt rəhbəri Xabirov, yerli rəsmilər, jurnalistlər və kiçik bir izdiham müşayiət edib.

1649299980_hfbwnooa1oq.jpg (107 KB)

Qeyri-peşəkar əsgərlərin Ukrayna müharibəsinə cəlb olunması Rusiya büdcəsinə də ağır yük olacaq. Hərbi büdcənin aylıq 280 milyon ABŞ dolları təşkil edəcək müavinəti qarşılamaq gücündə olmadığı bildirilir.

Döyüş meydanında həlak olanlar üçün kompensasiyanın miqyası da Kremlə baha başa gələcək. Bəzi hallarda ciddi xəsarətlərə görə 3 milyon rubldan çox pul ödənilir. Əgər könüllü əsgər öldürülərsə, onun ailəsi federal büdcədən 12,4 milyon rubl, bölgədən isə 2 milyon rubl alacaq. Hər öldürülən əsgər federal büdcəyə 230 min ABŞ dollarından bahaya başa gələcək.

Hazırkı vəziyyəti analiz edən Britaniya məxfi xidməti Kremlin Ukraynada ciddi cətinliklərinin olduğunu bildirir. Kremlin tənqidçiləri isə Moskvanın səfərbərlik planın pozulduğunu iddia edirlər. Təbliğatın ucqar kəndlərdə aparılması Kremlin müharibə etirazlarından ehtiyat etdiyinə bir işarədir. 776 min əsgəri olan Rusiya ordusunun ukraynalılara qarşı döyüşmək üçün əsgər toplamaqda çətinlik çəkməsi bir çox dairələrdə ciddi suallar yaradıb.

Rusiya iqtisadiyyatı getdikcə daha çox müharibə tələblərinə uyğunlaşdırılır. Bu üzdən bir çox şirkətlər müflis olmaq həddinə çatıblar. "FinExpertiza" jurnalının hesabatına görə, ölkə üzrə 113 500 şirkət yaz-yay aylarında fəaliyyətini dayandırıb. Bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz çoxdur.

Rusiyanın Avropaya satdığı qazın həcminin 70 faiz azalması Kremlin gəlirlərinin də 70 faiz azalması deməkdir. Avropa ölkələrində dondurulan və müsadirə olunan rus aktivlərinin miqdarı rekord həddə çatıb. Müharibə başlayandan bu yana Avropa banklarında saxlanan 14 milyard rus puu dondurulmuşdusa, ötən həftə bu rəqəm 50 milyardı keçib.

Almaniyanın "Handelsblat" jurnalının məlumatına görə, ümumilikdə müsadirə olunmuş sərvətin dəyəri 600 milyard dollara çatıb. Belə bir vəziyyətdə bahalı müharibənin ölkə iqtisadiyyatına öldürücü zərbə vuracağı şübhəsizdir.

Kremli düşdüyü vəziyyətdən yalnız atəşkəs xilas edə bilər. Moskva Ukraynada atəşkəsə nail olmağa çalışsa da, Ukrayna tərəfi Krım da daxil olmaqla bütün ərazilərin geri qaytarılması şərtilə atəşkəsə razı olacağını elan edib.

Kremlin apardığı "aclıq müharibəsi"nin də əsas səbəbi Ukraynanı şərtsiz atəşkəsə məcbur etmək məqsədi daşıyır. Taxıl ixracının qarşısını kəsməklə "aclıq böhranı" yaradan Moskva dünya dövlətlərinin Ukraynanı atəşkəsə məcbur edəcəyini düşünür.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR