İnsanlara hürriyət, millətlərə istiqlal!

Kor xəstəyə görmə qaytarıldı: 3D-printerlə çap edilən süni buynuz qişa tibbdə inqilab yaratdı

1062 04.12.2025 01:04 Dünya A A

Musavat.com xəbər verir ki, İsraildə həkimlər tibb tarixində mühüm bir irəliləyişə nail olublar: uzun illər tam kor yaşayan bir xəstə 3D-bioprinterdə çap edilmiş süni buynuz qişa implantı sayəsində yenidən görməyə başlayıb.

Cərrahlar donordan götürülmüş hüceyrələr əsasında real buynuz qişanın strukturunu tam təkrarlayan yüksək dəqiqlikli implant hazırlayıblar. Ən diqqətçəkən məqam isə budur ki, bir donorun hüceyrələrindən yüzlərlə süni buynuz qişa çap etmək mümkündür. Bu, dünya üzrə ciddi çatışmazlıq yaradan donor toxumalarının əvəzlənməsi baxımından tibbdə inqilabi addım sayılır və gələcəkdə bu tip əməliyyatların daha geniş əlçatan olmasına imkan verəcək.

Məlumata görə, implant heç bir ağırlaşma olmadan orqanizm tərəfindən qəbul edilib. Mütəxəssislər bunu dünyada ilk uğurlu klinik tətbiq kimi qiymətləndirirlər və hesab olunur ki, texnologiya yaxın illərdə milyonlarla insana yenidən görmə şansı verə bilər. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR