İnsanlara hürriyət, millətlərə istiqlal!

Konstitusiya Məhkəməsi yaxın saatlarda qərarını açıqlayacaq-niyə məhz bu günə saxlanıldı?

1517 04.07.2026 11:18 Siyasət A A

Ermənistanda parlament seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsinin qərarının dünən açıqlanacağı gözlənilsə də. bəlli olub ki, hakimlərin son qərarı bir neçə saat sonra əvvəl ali qurumun Fecebook səhifəsində yerləşdiriləcək, daha sonra isə rəsmilər tərəfindən elan olunacaq.

Picture background

Məlumdur ki, iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrindən narazı qalan 7  siyasi qüvvə Konstitusiya Məhkəməsinə müraciət edərək səsvermənin nəticələrinin ləğvini tələb edib. Onların arasında Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" bloku, Samvel Karapetyanın "Güclü Ermənistan" bloku, Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" Partiyası və digər müxalif siyasi təşkilatlar yer alır.

Müxalifət hesab edir ki, seçki prosesində çoxsaylı qanun pozuntuları baş verib, bəzi seçki məntəqələrində nəticələr düzgün hesablanmayıb və Mərkəzi Seçki Komissiyası bütün şikayətləri obyektiv araşdırmayıb.

Xüsusilə "Çiçəklənən Ermənistan" Partiyasının parlamentə düşməsi üçün cəmi 200-ə yaxın səs çatışmayıb. Partiya iddia edir ki, üç seçki məntəqəsində təkrar səsvermə keçirilsəydi, nəticə tamamilə fərqli ola bilərdi.
Konstitusiya Məhkəməsinin qarşısında isə dörd seçim var. 

Qanunvericiliyə görə, məhkəmə aşağıdakı qərarlardan birini qəbul edə bilər:Mərkəzi Seçki Komissiyasının nəticələrini qüvvədə saxlamaq; seçkilərin nəticələrini tam etibarsız elan etmək;

mandat bölgüsünü dəyişərək nəticələri qismən yenidən hesablatdırmaq;

və ya ikinci tur seçkilərin keçirilməsinə qərar vermək.

Siyasi ekspertlərin əksəriyyəti hesab edir ki, Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrini tam şəkildə ləğv etməsi ehtimalı yüksək deyil. Bunun əsas səbəbi məhkəmənin hazırkı tərkibinin böyük hissəsinin Nikol Paşinyanın hakimiyyəti dövründə formalaşdırılmasıdır. Son illərdə Konstitusiya Məhkəməsinin qəbul etdiyi mühüm qərarlar da müxalifət tərəfindən hakimiyyətin siyasi maraqlarına uyğun qiymətləndirilib.

Bu səbəbdən bir çox analitik hesab edir ki, məhkəmə nəticələri qüvvədə saxlaya və ya yalnız texniki xarakterli bəzi dəyişikliklərlə kifayətlənə bilər.

Picture background

Qərarın məhz 4 iyul tarixində açıqlanması siyasi dairələrdə müxtəlif versiyaların ortaya çıxmasına səbəb olub. Bu versiyalardan biri də Ermənistanın baş naziri Nikol Paşinyanın İranda matəm mərtasimdə olduğu günə təsadüf etməsi barədə iddialardır
.

Rəsmi izah ondan ibarətdir ki, Konstitusiya Məhkəməsi qanunla müəyyən edilmiş son müddət çərçivəsində qərarını elan edir. Lakin Ermənistanın müxalif siyasi dairələrində və bəzi ekspertlər arasında fərqli ehtimallar da səsləndirilir.Bu versiyaya görə, qərarın Paşinyanın ölkədən kənarda olduğu gün açıqlanması hakimiyyət üçün riskli ola bilər. Qərarın açıqlanmasından sonra İrəvanda etiraz aksiyaları və ya siyasi gərginlik yaranacağı halda, Paşinyanın ölkədə olmaması təhlükəsizlik və hüquq-mühafizə orqanlarında çaşqınlıq yarada bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR