İnsanlara hürriyət, millətlərə istiqlal!

Konor Makqreqor İrlandiya prezidenti olmaq istəyir

399 05.12.2023 14:47 Dünya A A

Məşhur irlandiyalı qarışıq döyüş növləri üzrə döyüşçü Konor Makqreqor İrlandiyanın prezidenti olmaq arzusundadır.

Musavat.com İdman.biz-ə istinadən xəbər verir ki, iki çəki dərəcəsində UFC-nin çempionu bu posta namizədlər arasında onun 3 rəqibi olduğunu düşünür.

Döyüşçü bildirib ki, prezident olarsa xalqı üçün ən yaxşısını edəcək: “Potensial rəqiblərim 78 yaşlı Qerri, 75 yaşlı Berti və 74 yaşlı Endadır. Onların hər biri öz partiyasına siyasəti ilə qırılmaz şəkildə bağlıdır. Bu partiyalar yalnız özlərini idarə edir, xalqı yox. Mənim isə 35 yaşım var. Gənc, aktiv, ehtiraslı, bu oyunda yeni qanam. Qulaq asıram, dəstəkləyirəm və uyğunlaşıram. Heç bir partiyaya ilə qərəzliyim və tərəfdaşlığım yoxdur. Prezident seçilsəm, hakimiyyətdə mən yox, İrlandiya xalqı ola bilər".

Qeyd edək ki, Makqreqor 2021-ci ilin yayında UFC-də döyüşmür. Onun UFC 264 turnirində ABŞ təmsilçisi Dastin Puaryeyə uduzduğu görüşdə ayağı sınıb və o gündən rinqlərdən kənar qalıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR