İnsanlara hürriyət, millətlərə istiqlal!

Kolorado məhkəməsi Trampı prezidentliyə namizədliyini dayandırdı

519 20.12.2023 12:53 Dünya A A

 

ABŞ-ın Kolorado ştatı Ali Məhkəməsi Donald Trampı prezidentliyə namizəd kimi diskvalifikasiya edib və onun adının ştat seçki bülleteninə salınmasını yasaqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məhkəmə qərarını 2021-ci il yanvarın 6-da, Tramp tərəfdarlarının Konqres binasına soxularaq orada iğtişaşlar törətməsi ilə əsaslandırıb. Məhkəmə həmin hadisələrdə birbaşa Trampın əli olduğuna qərar verib.

Qeyd edək ki,  bundan öncə Kolorado məhkəməsinə bir qrup seçici tərəfindən Trampa qarşı şikayət verilib. Onlara görə, ABŞ-a xidmətlə bağlı sədaqət andı içmiş şəxs seçilmək hüququna malik deyil və Birləşmiş Ştatlara qarşı üsyan və ya qiyamda iştirak edibsə, federal və ya əyalət dövlət vəzifəsini tuta bilməz.

Kolorado ştatının aşağı məhkəməsi öncə etirazı rədd edib. Aşağı məhkəmənin qərarında göstərilib ki, sözügedən qadağa ABŞ prezidenti üçün nəzərdə tutulmayıb. Lakin Ştatın Ali Məhkəməsi Konstitusiyanın bu şərhi ilə razılaşmayıb. O, Donald Trampın qiyamda əli olduğunu və konstitusiya qadağasının potensial prezidentliyə namizədlərə də şamil edildiyi qənaətinə gəlib. "Prezident Tramp hakimiyyətin dinc yolla ötürülməsini pozmağa yönəlmiş zorakılıq və qanunsuz hərəkətləri təhrik və təşviq edib", - deyə məhkəmənin qərarında deyilir.

Məhkəmənin qərarı sensasion olub, çünki indiyədək iki ştatda Donald Trampı diskvalifikasiya etmək cəhdləri yerli məhkəmələr tərəfindən prosessual əsaslarla rədd edilib. Kolorado Ali Məhkəməsinin qərarı ölkənin Ali Məhkəməsi tərəfindən ləğv edilməsə, Trampın digər ştatlardakı rəqibləri onun adının səsvermə bülletenində yer almasına mane olmaq imkanı əldə edəcəklər. Donald Trampa qarşı oxşar iddiaya Miçiqan Ali Məhkəməsi də baxır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR