İnsanlara hürriyət, millətlərə istiqlal!

"Köçəryan "Dağlıq Qarabağ"ı danışıqlar prosesindən buna görə çıxardı" - SENSASİYA

1779 20.06.2023 15:55 Region A A

"1998-ci ildə keçirilən prezident seçkilərində saxtakarlıqla bağlı geniş yayılmış xəbərlər fonunda Köçəryan qalib gəldi. Bundan əlavə, onun namizədliyini irəli sürmək hüququ yox idi, çünki o vaxt qüvvədə olan hüquq normalarına əsasən, o, son 10 il ərzində Ermənistan Respublikasının vətəndaşı sayılmayıb və Ermənistanda daimi yaşamayıb".

Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyanın sözlərinə görə, son 10 ildir ki, bu da namizədlik üçün bir şərt idi:

"Yəni Köçəryan tam legitimliyin olmadığı şəraitdə Ermənistan prezidenti postunu tutdu. O, beynəlxalq legitimlik əldə etmək üçün Dağlıq Qarabağın yeganə beynəlxalq səviyyədə tanınmış statusunu (nota - red.) qurban verdi ki, beynəlxalq ictimaiyyət onun Ermənistanda hakimiyyəti qəsb etməsi faktını görməsin.

Beynəlxalq birliyə Dağlıq Qarabağı danışıqlar prosesindən çıxarmaq nəyə lazım idi? Çünki danışıqların formatı sadələşdirilmişdi və beynəlxalq ictimaiyyət 3 ilə danışıqlar aparmaq əvəzinə, beynəlxalq səviyyədə tanındığı üçün müəyyən oyun qaydalarına riayət etməyə borclu olan iki subyektlə danışıqlar apara bilərdi. Dağlıq Qarabağ isə beynəlxalq səviyyədə tanınmış subyekt olmadığı üçün özünü daha sərbəst aparırdı, əslində ona beynəlxalq təzyiq rıçaqları yox idi. Danışıqlar masasında iki erməni tərəfinin olması bizim çevikliyimizi artırdı. Bundan sonra Dağlıq Qarabağa, əslində, danışıqların nədən getdiyi barədə lazımi məlumat belə verilmədi".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR