İnsanlara hürriyət, millətlərə istiqlal!

Klubdakı partlayışda ölən Fərqanənin atası görün kim imiş - MÜLKLƏR, BAHALI AVTOMOBİLLƏR VƏ... DETALLAR

7517 07.04.2022 13:30 Gündəm A A

"Location" gecə klubunda baş verən partlayışda aldığı xəsarətlər səbəbindən dünən vəfat edən 1999-cu il təvəllüdlü Fərqanə Eynullayevanın həyatı ilə bağlı bəzi detallar üzə çıxıb.

Musavat.com "Qaynarinfo"ya istinadla məlumatına görə, F.Eynullayevanın atası Bakıda bizneslə məşğul olub.

Fərhad Eynullayev 23.07.2015-ci il tarixində vəfat edib. Onun vəfatından sonra ailə arasında məhkəmələrdə mülk çəkişmələri gedib.

Belə ki, 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva atasının ikinci nikahdan olan övladıdır. Onun 2002, 2006 və 2007-ci il doğumlu Nuray, Şəhanə və Eynulla adlı qardaş və bacıları var. Atasının isə birinci nikahdan Ayan adlı övladı var.

Fərhad Eynullayev vəfat etdikdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində villası, "Mercedes 200” minik, "Peugeot 407” minik, "Mercedes E 220 CDİ” minik, VAZ-21074 minik markalı avtomobilləri üzrə Fərqanə, Nuray, Şəhanə və Eynulla adlı uşaqlara qanuni vərəsəlik şəhadətnaməsi verilib.

Atası vəfat etdikdən sonra onun villası da ikinci nikahından olan övladlarına çatıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR