İnsanlara hürriyət, millətlərə istiqlal!

Klarnet ifaçısı: "Nə Səbuhidən, nə də "Daqqılı"dan şikayət etmişəm"

1637 20.02.2023 20:57 Şou-biznes A A

"Mən Səbuhi Xanlarov haqqında şikayət etməmişəm. Çünki Səbuhini illərdir ki, tanıyırıq".

Musavat.com xəbər verir ki, bu sözləri tanınmış klarnet ifaçısı Hüseyn Hüseynov sosial şəbəkədə yaydığı videomüraciətində deyib. İfaçı adları çəkilən digər blogerlərdən də şikayətçi olmadığını deyib:

"Mənim Səbuhi Xanlarovdan narazılığım olanda zəng edib, özünə demişəm ki, Səbuhi, sosial şəbəkədə söyüş söymək olmaz, çünki orada hər kəsin anası, bacısı var. Səbuhi isə bildirib ki, baş üstə, daha söyüş olmayacaq. O ki qaldı "Daqqılı"ya, onun haqqında da şikayət etməmişəm. Mənim şikayət etdiyim başqaları olub. İnanıram ki, tiktokçularla bağlı tədbirlər davamlı olacaq, çünki, sosial şəbəkədə söyüşlər söymək, insanların tərbiyəsini pozmaq  bizim xalqımıza yaraşmır".

Xatırladaq ki, bu gün Daxili İşlər Nazirliyi (DİN) bildirib ki, musiqiçi Hüseyn Hüseynovun sosial şəbəkə üzərindən bir qrup “Tik-tok” istifadəçiləri tərəfindən söyüş və təhqir səsləndirmələri barədə müraciəti əsasında Səbuhi Xanlarov, Rövşən Süleymanzadə və Ziliş Cəfərov polis orqanına dəvət olunublar.

Onlardan Z.Cəfərovun üzərindən narkotik vasitə aşkar olunaraq götürülüb və barəsində Xətai Rayon Polis İdarəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR