İnsanlara hürriyət, millətlərə istiqlal!

KİV: Türkiyə Qəzzadakı vəziyyətin həlli üçün Blinkenə 4 təklif təqdim edəcək

786 05.11.2023 20:32 Dünya A A

ABŞ dövlət katibi Antoni Blinkenin səfəri zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstin-İsrail münaqişəsinin nizamlanmasına dair Ankaranın dörd təklifini ona təqdim edəcək.

“Report” xəbər verir ki, bu barədə “Yeni Akit” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Blinkenin Fidanla sabahkı görüşündə Türkiyənin gündəmində 4 mühüm mövzu var. Bunlar: dərhal atəşkəsin elan edilməsi, münaqişənin regiona yayılmasının qarşısının alınması, qarant ölkələrin formulu və humanitar yardımdır.

Türkiyə və bəzi bölgə ölkələri atəşkəs üçün səylər göstərərkən, ABŞ və Qərb ölkələri İsraili dəstəkləməyə davam edir”, - məqalədə deyilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR