İnsanlara hürriyət, millətlərə istiqlal!

KIV: "Neftçi"nin baş məşqçisi Rumıniya klubu ilə danışıq aparır"

861 15.05.2023 10:21 İdman A A

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfın adı yenidən Rumıniyanın “Universitatya Krayova” klubu ilə hallanır.

"Report" xəbər verir ki, "ProSport" nəşri 48 yaşlı mütəxəssisin “Universitatya Krayova” ilə danışıqlar apardığını yazıb.

Klub UEFA Konfrans Liqasına vəsiqə qazana bilməsə, Eugen Neago ilə vidalaşacaq. Rumıniya təmsilçisinin maliyyə dəstəkçisi Mixai Rotaru Regekampfı bu posta gətirmək niyyətindədir.

Digər iddiaya görə, baş məşqçi razılıq əldə edəcəyi təqdirdə, “Universitatya Krayova”da yay transfer pəncərəsinə tam nəzarət etməyi planlaşdırır.

Qeyd edək ki, mütəxəssisin “Neftçi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. O, "ağ-qaralar"a keçməzdən əvvəl 2021/2022 mövsümündə “Universitatya Krayova”nın sükanı arxasında olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR