İnsanlara hürriyət, millətlərə istiqlal!

Kişi intihar etməmək üçün cadugəri və qızını öldürdü - VİDEO

862 29.08.2022 08:43 Hadisə A A

Özbəkistanda baş verən qəribə cinayət hadisəsi yerli sakinləri şoka salıb. Belə ki, səmərqəndli kişi lənətindən qorxduğu cadugəri və qızını öldürüb.

Musavat.com "oxu.az"a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, evləndiyi iki il müddətində uşaq sahibi ola bilməyən kişi kömək üçün cadugərə müraciət edib. Qadın kişiyə kömək edəcəyini vəd edib. Ayinlərdən bir müddət sonra cadugər pulunu istəyib. Bildirib ki, əks təqdirdə lənəti sayəsində kişi heç vaxt uşaq sahibi ola bilməyəcək, üstəlik, yaxın gələcəkdə intihar edərək öləcək.

Bundan qorxan kişi cadugərin evinə girir və “lənətin qaşısını almaq üçün” qadını da, qızını da öldürür.

Məhkəmənin hökmü ilə qatil 20 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR