İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiselyov: Sputnik artıq Azərbaycanda fəaliyyət göstərə bilmir

2130 03.07.2025 17:39 Gündəm A A

“Rossiya Seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselyov Azərbaycanda Sputnik agentliyinin fəaliyyətini davam etdirmək üçün artıq heç bir şəraitin qalmadığını bildirib.

Musavat.com-un xəbərinə görə, o, bununla bağlı rəsmi açıqlama verərək vurğulayıb ki, Sputnik Azərbaycanda işini dayandırmalı olur.

Xatırladaq ki, iyunun 30-da Azərbaycan Daxili İşlər Nazirliyi “Sputnik Azərbaycan”ın Bakıdakı redaksiyasında xüsusi əməliyyat keçirmişdi. Əməliyyat nəticəsində bir neçə nəfər saxlanılmışdı. Daha sonra Xətai Rayon Məhkəməsi “Sputnik Azərbaycan”ın direktoru İqor Kartavıx və əməkdaşı Yevgeni Belousovu 4 ay müddətinə həbs edib. Onların Rusiya xüsusi xidmət orqanı FSB ilə əlaqəli olmaları barədə şübhələr mövcuddur.

Beləliklə, Azərbaycan faktiki olaraq Moskvanın Cənubi Qafqazdakı əsas media layihələrindən birinin fəaliyyətinə son qoymuş oldu ki, bu da müşahidəçilər tərəfindən Rusiyaya ciddi siqnal kimi qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR