İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kirkorov “xalq artisti” titulundan məhrum edilsin” - PETİSİYA

898 28.12.2023 13:55 Dünya A A

Rusiyalı qarışıq üslublu döyüşçü (MMA) Vladimir Mineyev müğənni Filipp Kirkorovun “xalq artisti” titulundan məhrum edilməsini tələb edən petisiyanı dəstəkləyib.

Musavat.com cəbər verir ki, bu barədə idmançı öz Telegram kanalında məlumat yayıb.

“Elə görkəmli idmançılar var ki, onlar anti-Rusiya mövqeyinə görə əməkdar idman ustası adından məhrum ediliblər. Niyə sənətçilər bu halda idmançılardan fərqli olmalıdır?” - Mineyev yazdı. İdmançı onu da qeyd edib ki, hazırda Rusiyada baş verən istənilən əyləncə tədbiri şübhəlidir və xalq artistləri xalqa yaxın olmalıdır.

Petisiya Change.org saytında yerləşdirilib. Hazırda 52 mindən çox insan onu imzalayıb.

Bundan əvvəl Kirkorovun rəsmi saytının bloklandığı bildirilirdi. Sənətçi aparıcı və bloqer Anastasiya İvleyevanın “çılpaq gecə”sində iştirak etdiyi üçün “İvan Vasilyeviç hər şeyi dəyişir” komediyasının posterindən çıxarılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR