İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kimsə Ermənistanı cəzalandırmaq üçün Azərbaycandan istifadə etmək istəsə də, bu, alınmayacaq” – Sahib Alıyevdən SƏRT mesaj - VİDEO VİDEO

622 25.02.2023 11:12 Gündəm A A

“Ermənistanın hazırkı narazılığının arxasında Rusiyanın iradəsi durur”.

Musavat.com xəbər verir ki, bu gün bu sözləri “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə TV Müsavatın “Dərin Təhlil” verilişində millət vəkili Sahib Alıyev bildirib. Onun sözlərinə görə, Ermənistan çox yaxşı bilir ki, indi razı olmasa, 2005-ci ildə heç kimin razılığı alınmadan Azərbaycan ora özünün nəzarət-buraxılış məntəqəsini qoyacaq: “Söhbət 2 illik məsafədən gedir. Ola bilər ki, Ukraynadakı savaş çoxları üçün müsvıt ssenari üzrə bitsin. Bu zaman Rusiyanın da Zəngəzur dəhlizinə nəzarət etmək imkanı olmadı. Onda Ermənistan bu anlaşmaya getmirsə, özünün nəzarət-buraxılış məntəqəsini qura biləcəkmi? Azərbaycan buna razılıq verəcəkmi? Prezidentin bir sitatı olmuşdu ki, burnunuzdan uzağı görün. Halbuki ermənilər burunlarından da uzağı görə bilmirlər”.

S.Alıyevin sözlərinə görə, Rusiya Azərbaycanın Qarabağda antiterror əməliyyatı aparmasını çox arzulayır: “Bir neçə gün əvvəl Qarabağ icmasının uydurma üzvləri bir-bir ordan çıxarılmağa başladı. Ardınca gərginlik başlandı, mövqelərimiz atəşə tutuldu. Bunun özü Ermənistana təzyiq idi ki, baxın, biz rus icmasını çıxarırıq. Azərbasycan heç kimin diqtəsi, fitvası və motivasiyası ilə hərəkət etməyib. Biz İkinci Qarabağ savaşından sonra ordunu gücləndirməyə başladıq. Bu, o demək idi ki, Azərbaycan Ukraynada nələrin baş verəcəyini təxmin edirdi. Biz imkan verə bilmərik ki, kimsə öz çıxarlarına görə Azərbaycandan istifadə etsin. İndiki halda kimsə Ermənistanı cəzalandırmaq üçün Azərbaycandan istifadə etmək istəyə bilər. Amma bu, alınmayacaq”.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR