İnsanlara hürriyət, millətlərə istiqlal!

Kim Çen Inın bacısı Cənubi Koreyanı hədələdi: “Atəşə tutacağıq”

481 07.01.2024 14:30 Dünya A A

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Ye Çen bildirib ki, Cənubi Koreya ordusu və hakimiyyət orqanlarının əsassız hərəkətləri düzəlməz nəticələrə gətirib çıxaracaq.

Musavat.com xəbər verir ki, bu barədə Şimali Koreyanın mərkəzi xəbər agentliyi (KCNA) məlumat yayıb.

Kim Cənubi Koreya hakimiyyətinin KXDR ordusunun artilleriya təlimləri ilə bağlı bəyanatlarına cavab verib.

“Bir məsələyə bir daha aydınlıq gətirəcəyəm: ordumuzun silahının silahının qoruyucusu artıq çıxarılıb. Qeyd etdiyimiz kimi, Koreya Respublikasının hərbi qanqsterləri tərəfindən ən kiçik təxribat olarsa, ordumuz dərhal onları atəşə tutacaq”.

Bundan əvvəl Cənubi Koreyanın “Yonhap” agentliyi Şimali Koreya artilleriyasının dəniz təlimləri keçirdiyi barədə məlumat vermişdi. Qeyd olunur ki, mərmilər Sarı dənizdəki faktiki sərhəd xəttinin şimalına düşüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR