İnsanlara hürriyət, millətlərə istiqlal!

Kim Çen In Koreya yarımadasının birləşdirilməsi ehtimalını şərh edib

834 01.01.2024 04:56 Dünya A A

“Artıq Koreya Respublikası ilə birləşməyi mümkün hesab etmirəm”.

Bunu Şimali Koreya lideri Kim Çen In deyib.

“İki Koreya ölkəsi arasında uzunmüddətli münasibətlərə nəzər salaraq, partiyamız belə qənaətə gəldi ki, “udma yolu ilə birləşmə” və “sistemin yeknəsəqliyi”ni dövlət edən Koreya Respublikası ilə birləşməyə nail olmaq heç vaxt mümkün olmayacaq. Bu bizim “Bir xalq, bir dövlət, iki sistem” prinsipi əsasında Vətəni birləşdirmək kursuna ziddir”, - deyə Kim Çen In bildirib.

O izah edib ki, reallıq Pxenyanı koreyalararası əlaqələrə öz yanaşmasını yenidən müəyyən etməyə məcbur edir. Baş katib qeyd edib ki, KXDR və Koreya Respublikası bir-biri üçün düşmən dövlətlərə çevriliblər, Cənubla bağlı siyasət bundan sonra təkcə oradakı soydaşlarının yaşaması faktına əsaslanmamalıdır.

Kim Çen In sözlərinə görə, Cənubi Koreya hakimiyyəti ABŞ-nin sadəcə müstəmləkə administrasiyasının əlaltılarıdır və onlarla birləşmə məsələlərini müzakirə etmək KXDR-in milli ləyaqətinə və statusuna uyğun gəlmir.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR