İnsanlara hürriyət, millətlərə istiqlal!

Keniyadan Rusiyaya 10 min nəfər göndərilir: İşləməyə, yoxsa...

3723 15.01.2024 01:42 Dünya A A

Keniya hakimiyyəti 10 minə qədər vətəndaşı Rusiyaya işləməyə göndərmək planlarını açıqlayıb.

Bu barədə “Nairobi Wire” portalı prezidentin mətbuat katibi Hüseyn Məhəmmədə istinadən məlumat yayıb.

Keniyalılar Rusiyadan başqa Səudiyyə Ərəbistanı, Almaniya, Serbiya və İsrailə işləməyə gedəcəklər. "Prezident Vilyam Rutonun sayəsində Səudiyyə Ərəbistanında 2500 tibb bacısı və tibb işçisi vakant yeri indi ixtisaslı keniyalılar üçün açıqdır. İkitərəfli əmək müqavilələrindən sonra əlavə imkanlar da üfüqdə görünür: Almaniya: 250.000 iş yeri, İsrail: kənd təsərrüfatında 30.000 iş yeri, Serbiya: Tikinti və xidmət sahələrində 20 min iş yeri. Rusiya: 10 min iş yeri”.

Məhəmmədin qeyd etdiyi kimi, Keniya Prezidenti ölkəsini investisiya, istehsal, ticarət və turizm üçün açıq ölkəyə çevirir. Eyni zamanda o, Keniyanın peşəkar, ixtisaslı işçi qüvvəsinin rəqabətədavamlı mənbəyi kimi tanınmasına çalışır.

Ukrayna mənbələri Keniya və digər ölkələrdən Rusiyaya əmək miqrantı kimi gətirilənlərin böyük əksəriyyətinin reallıqda işğalçı müharibədə döyüşmək üçün cəlb olunduğunu bildirirlər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR