İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəlbəcərdə ATIŞMA, ölkənin hər yerindən xüsusi təyinarlıları yığırlar – Tural Abbaslı ilə “Canlı debet”

2208 17.04.2023 11:20 Siyasət A A

Ermənistan MN bildirir ki, gecə saatlarında Kəlbəcər bölgəsində atışma olub. Onlar bu istiqamətdə yeni videogörüntülər də paylaşıblar. Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) bölmələrinin şəxsi heyəti ilə taktiki-xüsusi təlim keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq snayper tüfənglərindən müxtəlif məsafələrdə yerləşən hədəflər aşkar olunaraq sərrast atəşlə məhv edilib.

Həmçinin komandolar maneələr zolağının keçilməsi üzrə tapşırıqları uğurla yerinə yetirib.

Taktiki-xüsusi təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin taktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir. Komandoların döyüş hazırlığının daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər planlı şəkildə davam etdirilir.
Sosial şəbəkələrdə yayılan məlumatlarda isə bildirilir ki, hazırda ölkənin hər yerindən xüsusi təyinatlılar yığılır. Döyüşlərə ciddi hazırlıq gedir.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR