İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəlbəcər atəş altında, rus-erməni birliyi Xankəndiyə silah yığır – Professor Qabil Hüseynli ilə gündəm

649 13.06.2023 15:47 Gündəm A A

İyunun 13-ü saat 11:10-da Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində mühəndis işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulub.

Müdafiə Nazirliyi məlumat yayıb. Atəş nəticəsində xəsarət alan olmayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin atəş nöqtələri susdurulub.

Rusiya sülhməramlıları tərəfindən qeyri-qanuni erməni silahlıları üçün hərbi daşımaların mühafizəsi davam etdirilir. Bununla bağlı görüntüləri Ordu.az yayıb.

Videoda sülhməramlıların zirehli texnikasının müşayiəti ilə Xankəndi-Xəlfəli yolu ilə növbəti dəfə qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi aydın görünür.

"Şəxsən mən "Nemesis" heykəlinin qoyulmasını yanlış hesab edirəm". Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. O, heykəlin qoyulması və Türkiyənin bu barədə reaksiyasına toxunaraq deyib:

"Deməyin ki, orada məhkəmə qərarı var, bu, bizim məhkəmənin qərarı deyil, heç bir dövlət və ya dövlət nümayəndəsi məsələlərin məhkəmədən kənar həllini təşviq edə bilməz. Türkiyə ilə münasibətləri tənzimləmək üçün unikal, tarixi fürsətdir və biz erməni tərəfi buna hazırıq".
Professor Qabil Hüseynli TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində ermənilərin döyüş mövqelərinə silah daşınması və hazırlıq səbəblərini təhlil edir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR