İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş sevgilisini öldürən müğənni qətli necə törətdiyini DANIŞDI

889 21.01.2023 01:25 Kriminal A A

İstanbulda meşəlik ərazidə meyiti tapılan gənci keçmiş sevgilisi, müğənni və model Seçil Çiftçinin öldürməsi barədə xəbər vermişdik.

Musavat.com xəbər verir ki, hadisədən sonra ifadəsi üzə çıxan Seçil Çiftçinin “Əvvəlcə başına vurdum, sonra da "kalqotka" ilə boğdum” dediyi iddia edilib.

Mövzu ilə bağlı davam edən istintaqda Seçil Çiftçinin keçmiş sevgilisi üçün yazdığı təhdid mesajları da tapılıb.

Eski sevgilisini öldüren şarkıcı Seçil Çiftçi'nin ifadesi ortaya çıktı -  "Kendine Demokrat" Olmayan Haberler

İddiaya görə, evdə Seçil Çiftçi ilə Sevim arasında mübahisə düşüb. Müzakirə zamanı Çiftçi Sevimi öldürüb. Meyitdən necə qurtulacağını bilmədiyi üçün dərhal atasına zəng edərək kömək istəyib, birlikdə meyiti Sancaktəpədə meşəyə aparıb atıblar.

Qeyd edək ki, İstanbul İl Jandarma Komandanlığı qruplarına məlumat verilib ki, şəxsiyyəti məlum olmayan kişi meyiti Sancaktepedəki meşəlik ərazidə əl-ayağı bağlı vəziyyətdə tapılıb. Seçil cinayəti törətdikdən sonra atasına zəng vuraraq ondan kömək istəyib. Onlar Semih Sevginin nəşini evdən çıxararaq meşəlik ərazidə basdırıblar. Daha sonra müğənni polisə gedərək təslim olub.

Şarkıcı Seçil Çiftçi, kendisini rahatsız ettiğini söylediği eski erkek  arkadaşını öldürdü

Sabah qəzetində yer alan xəbərə görə, Semih Sevimin keçmiş sevgilisi olduğunu açıqlayan Seçil Çiftçi, "Məni tez-tez narahat edirdi. Məni təhdid etdiyi üçün qorxurdum", -deyə ifadəsində bildirib.

Hadisənin necə baş verdiyini izah edən Seçil Çiftçi deyib: "İçəri girdi, dava oldu. Tutduğum çubuqla başına vurmağa başladım. Yıxıldı. Mən də "kalqotka" onu boğdum. "Kalqotka"nı boynuna dolayıb bərk-bərk dartdım”.

Öləndən sonra mobil telefonunu və şəxsiyyət vəsiqəsini parçaladığını deyən Seçil Çiftçi peşman olduğunu qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR