İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş sevgilisini bıçaqlayıb öldürən gənc kameralara belə yaxalandı - VİDEO

1095 15.01.2023 19:04 Kriminal A A

Türkiyədə gənc qız Tuğçe Canı ondan çox bıçaq zərbəsi ilə öldürən Onur K. amansız qətldən sonra kameralara tuş gəlib.

Musavat.com xəbər verir ki, görüntülərdə qatil qətli törətdikdən sonra bufetə getdiyi anlar yer alıb.

Qan şəkərinin düşdüyü üçün bufetə getdiyini deyən qətl şübhəlisi Onur K. satıcıdan şokolad istəyəndən sonra qəfil pisləşib və huşunu itirib.

Məlumata görə, Tuğçe Can ilə Onur. K sevgili olublar. Onlar hadisədən təxminən 2 ay öncə ayrılıblar. Onur.K keçmiş sevgilisi Tuğce Canın baxıcı olaraq işlədiyi qocalar evinə gəlib. Onur keçmiş sevgilisi ilə qocalar evindəcə mübahisə etdikdən sonra məlum qətli törədib. Dəhşətli qətli törədən Onur. K Tuğçe Canı kürəyindən, mədəsindən və boğazından bıçaqlayaraq qaçıb. Sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılan Tuğçe Can bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

 

Toğrul İSMAYIL,
Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR