İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş sevgilisi aktyoru polisə şikayət etdi

1086 10.10.2022 04:00 Şou-biznes A A

Mehmet Akif Alakurtun keçmiş sevgilisi İrina Nikita aktyorun onu döydüyünü, ayağını sındırdığını iddia edərək ondan şikayətlənib.

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, Alakurtla sevgili olduğu və tez-tez yaşadığı kəndə səfər etdiyi iddia edilən Nikitanın iddiaları araşdırılma mərhələsindədir.

Aktyorluğu buraxdıqdan sonra Kaşda məskunlaşan Mehmet keçmiş sevgilisi olduğu deyilən rusiyalı İrina Nikita sol ayağının sınması, qollarında və bədənində əzmə izləri ilə sentyabrın 23-nə keçən gecə Kaşdakı xəstəxanaya müraciət edib. Nikita iddia edib ki, Alakurt maşını ilə onun yanına gələrək döyüb.

Gənc qadın xəstəxanada müalicə olunarkən, polis tərəfindən ifadəsi alınan Alakurt, "mən etmədim" deyərək iddianı rədd edib. O qeyd edib ki, Nikita ondan əl çəkmir. Bu arada məlum olub ki, Alakurt İrina Nikitaya qarşı iki dəfə prokurorluğa cinayət işi qaldırıb.

Onlar on il sevgili olub. Ayrılığı qəbul etməyən Nikita onu hədələyir, şər atmağa çalışır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR