İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş MKİ analitiki: “Bayden seçkini udmasa, onu və oğlunu həbs gözləyir”

448 08.01.2024 12:23 Dünya A A

ABŞ prezidenti Co Bayden Ukraynada qəti və son çarə sayılan tədbirlərə əl ata bilər, çünki Amerika liderinin qarşıdan gələn prezident seçkilərində qələbəsi Rusiya-Ukrayna münaqişəsinin nəticəsindən asılıdır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Rey Makqovern deyib.

Ekspert izah edib ki, Bayden üçün risklər xüsusilə yüksəkdir, ona görə də o, prezident kürsüsünü qorumaq üçün gözlənilməz vasitələrə əl atmağa hazırdır. Keçmiş analitikin sözlərinə görə, bu, onun üçün həyati vəzifədir, çünki seçkilərdə uduzsa, oğlunu və onu həbsxana gözləyir.

Makqovern həmçinin qeyd edib ki, Ukraynada münaqişə ABŞ hökumətinin planlarına uyğun inkişaf etmir. “Ukrayna meyitdirmi? Çox güman ki, yox. O, həyat təminatı altındadırmı? Bəli. Hər şey Putinin onun oksigenini nə vaxt kəsmək istəməsindən asılıdır”, - Makqovern bildirib.

“İndi çox çətindir, bu il seçkilər keçiriləcək. Mən prezidentin nə qərar verəcəyindən qorxuram”, - deyə o, yekunlaşdırıb.

Bundan əvvəl MKİ-nin keçmiş agenti Larri Conson bildirmişdi ki, Rusiyaya hücumlar üçün “Taurus” raketlərinin Ukraynaya ötürülməsinə çağıran alman deputatlar kəşfiyyat üçün sınaqdan keçirilməlidir. Onun sözlərinə görə, onlar ruhi xəstə ola bilərlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR