Aktrisa Melis İşiten keçmiş həyat yoldaşı Uraz Kaygılaroğlunun “YouTube” proqramında qonaq olub.
Musavat.com xəbər verir ki, İşitenin boşanmaları ilə bağlı səmimi açıqlamaları mediada ən çox danışılan mövzulardan birinə çevrilib.
Uraz Kaygılaroğlunun “Boşanmanın sizə faydası oldumu?” sualına Melis İşiten boşanmanın müsbət tərəflərini dilə gətirərək, “Həyatımda verdiyim ən yaxşı qərarlardan biri idi, mənə yaxşı təsir etdi” cavabını verib.
Bu açıqlamalar sosial mediada “Siz ikiniz ən avropalı cütlüksünüz”, “Siz ikiniz ən mədənisiniz” və “Bu, medianın diqqətini cəlb etmək üçün bir açıqlamadır” kimi şərhlərlə reaksiyaya səbəb olub.
Qeyd edək ki, aktyor Uraz Kaygılaroğlu və həmkarı Melis İşiten 2014-cü ildə ailə qurub, 2016-cı ildə qızları Ada dünyaya gəlib. 2019-cu ildə ayrılıblar.
Könül
Musavat.com






