İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş deputat Xudyakov Qalkini MKİ ilə əməkdaşlıqda ittiham edir

444 05.03.2024 16:30 Son xəbər A A

Rusiyada “xarici agent” elan edilmiş şoumen Maksim Qalkin Ukrayna dilində danışıb və buna görə RF Dövlət Dumasının keçmiş deputatı Roman Xudyakovun onu Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlıqda ittiham etməsinə əsas olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Xudyakov sosial şəbəkədə Qalkin haqqında belə yazıb:

“Maksim Qalkin sosial şəbəkələrdə yenə yalan danışır. İndi aydın görünür ki, o, MKİ tərəfindən işə götürülüb və sifarişi yerinə yetirir. Qalkin birinci sinfə Odessada getdiyini söyləyib. Guya o, Ukrayna dilini orada öyrənib. Lakin o vaxt Odessada heç kim Ukrayna dilini bu dildə danışacaq qədər bilmirdi”, - Xudyakov yazıb.

Keçmiş deputat qeyd edib ki, Odessada çoxları Rusiya ordusunun gəlişini və şəhərin Kiyev rejimindən azad olunmasını gözləyir. “Bunu bilən Kiyev rejimi getdikcə daha çox təxribatlar təşkil edir. Qalkin kimi xaricdəki Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri isə onların təşviqində fəal iştirak edirlər”, – Dövlət Dumasının keçmiş deputatı bildirib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR