İnsanlara hürriyət, millətlərə istiqlal!

Karqo xidmətini kimlər inhisara almaq istəyir?

860 26.12.2022 15:28 İqtisadiyyat A A

"Azərbaycan hökuməti, idarəetmə sistemi rəqabətin düşmənidir".

Musavat.com xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib.

natiq.jpg (252 KB)

Ekspert bildirib ki, son 10 ildə Azərbaycanda ən rəqabətli sahə taksi xidmətidir: "Məhz rəqabət nəticəsində son 10 ildə taksi xidmətinin qiyməti kəskin ucuzlaşıb, 2012-ci il ilə 2022-ci il taksi xidməti qiymətləri arasında 50-60% arası ucuzlaşma var – bəlkə də, yeganə sahədir ki, qiymətlər ucuzlaşıb. Amma həmin müxtəlif məmurlar, biznes maraqları olan qruplar taksi xidmətini hədəfə gətirdilər, ictimai rəydə taksilərə qarşı neqativ fikir formalaşdırmağa başladılar, hətta tıxacların səbəbini belə taksi xidmətinə yükləməyə çalışdılar – məqsəd də aydındır, bu sahədə rəqabətə son qoymaq, inhisarçılıq yaratmaq. İndi də karqo şirkətlərinə girişiblər, "Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Şaiq Qəribzadə adlı şəxs müsahibə verib, bütün media bunu tirajlayır, məğzi də budur ki, bu xidmətdə lisenziya almaqla bağlı tələblər sərtləşdirilməlidir. Açıqlamasında bircə normal arqument də yoxdur, bütün hekayəni guya vətəndaşlara daha yaxşı xidmət göstərmək üzərinə inşa edib – amma elə məntiqsizlik də budur! Vətəndaş özü karqo şirkətini seçə bilirsə, hansı şirkət normal fəaliyyət göstərəcəksə, ondan da sifariş edəcək, dövlət bu işə niyə qarışsın axı? Sadəcə dərdləri başqadır – son illər onlarla yeni karqo şirkətləri yaranıb, onlayn sifarişlər artıb, əsasən məmurlara bağlı iri şəbəkə mağazaların alverləri azalıb, bu yolla, sərtləşdirici addımlarla karqo xidmətini inhisarlaşdırıb bahalaşdırmaq istəyirlər ki, sifarişlər azalsın, sərfəli olmasın, məmur biznesinə aid mağazaların alveri artsın – vəssalam, bu mənasız yanaşmanın başqa izahı ola bilməz".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR