İnsanlara hürriyət, millətlərə istiqlal!

Karlo Ançelotti Çempionlar Liqasında yeni rekorda imza atıb

1009 05.05.2022 10:05 İdman A A

İspaniyanın "Real Madrid" komandasının baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

"Report"un məlumatına görə, 63 yaşlı mütəxəssis buna qitənin bir nömrəli klub turnirində 5-ci dəfə finala yüksəlməklə nail olub.

Madrid təmsilçisi İngiltərə "Mançester Siti"sini yarımfinal mərhələsinin cavab oyununda əlavə vaxtda 3:1 hesabı ilə məğlub edib. "Kral klubu" səfərdə rəqibinə 3:4 hesabı ilə uduzub.

Daha əvvəl Aleks Ferqyuson, Marçello Lippi və Yurgen Klopp hərəyə 4 dəfə finalda mübarizə aparıb.

Ançelotti 2003, 2005, 2007-ci illərdə İtaliya "Milan"ında, 2014-cü ildə isə "Real Madrid"də finala vəsiqə qazanıb. İtaliyalı baş məşqçi yalnız 2005-ci ildə İngiltərə "Liverpul"una 3:3 hesabı ilə bitən görüşün penaltilər seriyasında uduzub - 3:2.

Qeyd edək ki, "Real Madrid" Çempionlar Liqasının finalında "Liverpul"la üz-üzə gələcək. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR