İnsanlara hürriyət, millətlərə istiqlal!

Kardaşyanın keçmiş əri gizli şəkildə evləndi – Fotolar

1448 13.01.2023 16:03 Şou-biznes A A

Erməni porno-ulduz Kim Kardaşyanın keçmiş əri, məşhur repçi Kanye Uest ötən gün gizli şəkildə evlənib.

Musavat.com xəbər verir ki, bu barədə “TMZ” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, repçi artıq bir müddətdir sarı saçlı gənc qızla görünürmüş. Həmin qızın repçiyə məxsus “Yeezy” brendinin əməkdaşı olduğu deyilir. Mənbə iddia edir ki, cütlük bu həftənin əvvəlində “Waldorf”da yemək yeyərkən görünüb. Ötən gün isə gizli şəkildə toy etdikləri ortaya çıxıb. 

Xatırladaq ki, Kim Kardaşyanla Kanye Uest 2014-cü ildə evlənmişdilər. 2021-ci ildə ayrılmaq qərarına gələn cütlüyün boşanma prosesi ötən ilin noyabr ayında başa çatıb.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR