İnsanlara hürriyət, millətlərə istiqlal!

Karasin: Ermənistan ABŞ və Aİ-nin siyasi oyun obyektinə çevrilir

572 01.04.2024 17:33 Dünya A A

 

Rusiya Ermənistanın bütün bəyanatlarına diqqətlə yanaşır.

Musavat.com xəbər verir ki, bu sözlər Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin tərəfindən “lenta.ru” saytına müsahibədə səslənib. Bununla Karasin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ və Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlıq barədə bəyanatını şərh edib.

“Mən artıq Ermənistanın Rusiya ilə qarşıdurma kontekstində sözün geniş mənasında ABŞ və Qərbin geosiyasi oyun obyektinə çevrildiyinə inanmağa başlamışam. Bu, çox təhlükəlidir və yeri gəlmişkən, təkcə İrəvanla Moskva arasındakı münasibətlərə deyil, həm də Ermənistanın regional və dünya məsələlərində nüfuzuna və perspektivlərinə çox spesifik ziyan vura bilər. Bunu anlamamaq çox təhlükəli yanılmadır”, - deyə Karasin bildirib.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR