İnsanlara hürriyət, millətlərə istiqlal!

Karaqanovdan DƏHŞƏTLİ çağırış: “Nüvə silahından istifadə edin!”

1391 13.06.2023 19:47 Son xəbər A A

Kremlyönümlü politoloq, Ali İqtisadiyyat Məktəbinin Dünya İqtisadiyyatı və Dünya Siyasəti fakültəsinin dekanı Sergey Karaqanov Rusiyanı Qərb ölkələrinə qarşı nüvə silahından istifadəyə çağırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu fikrini “Profil” jurnalına müsahibəsində irəli sürüb.

Karaqanovun fikrincə, “nüvə silahından istifadə bəşəriyyəti qlobal fəlakətdən xilas edə bilər”.

Politoloq öz paradoksal düşüncələrini Rusiyanın Ukrayna müharibəsindəki uğursuzluqları ilə əsaslandırıb. Onun sözlərinə görə, hətta Ukrayna ilə müharibədə qələbə “Qərblə toqquşmanı” başa çatdırmağa kömək etməyəcək.

Karaqanovun fikrincə, Rusiya “öz mənəvi, iqtisadi, hərbi-siyasi mərkəzini Avrasiyanın şərqinə köçürmək yerinə” uzun illər Ukraynada bataqlığa saplanacaq. Politoloq hesab edir ki, Qərbə də məhz bu lazımdır.

Rusiyalı politoloqun fikrincə, bu səbəbdən Rusiyaya Ukrayna üzərində yox, Qərbin özü üzərində sarsıdıcı qələbə lazımdır. 

Sergey Karaqanovun bildirdiyinə görə, ilk addımlar artıq atılıb - Rusiya taktiki nüvə silahlarını Belarusda yerləşdirib.

“Lakin biz daha da irəli getməli və faktiki olaraq Qərbə ultimatum irəli sürməliyik. Yerinə yetirilmədikdə isə “ağıllarını başlarına gətirmək üçün bir sıra ölkələrdə bir qrup hədəfi vurmaq” lazımdır.

Mətndən belə çıxır ki, söhbət Mərkəzi və Şərqi Avropadakı ölkələrdən gedir. Karaqanov hesab edir ki, bundan sonra ABŞ və NATO təslim olacaq, çünki Birləşmiş Ştatlar “şərti Poznan naminə” Vaşinqtonu riskə atmaq istəməz.

Sergey Karaqanovun iddiasına görə, Çin və qeyri-Qərb dünyasının digər ölkələri sonda Qərbin hegemonluğundan qurtulduğu üçün Rusiyaya təşəkkür edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR