Ermənistan müxalifətinin tanınmış simalarından birinin ailəsi ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, bu barədə "Bagramyan26" Teleqram kanalı məlumat yayıb.
Kanalın paylaşdığı məlumata görə, Ermənistan müxalifətinin tanınmış simalarından Samvel Karapetyanın ("Samo") qardaşı Karen Karapetyan xarici ölkələrdə dəniz kurortlarından birində istirahət edərkən görüntülənib.
"Bagramyan26" iddia edir ki, həmin günlərdə Samvel Karapetyanın tərəfdarları İrəvan küçələrində etiraz aksiyaları keçirdikləri halda, müxalifət liderlərinin yaxınları xaricdə istirahət ediblər.
Kanal bu görüntülərin müxalifətin fəaliyyətinin mahiyyətini ortaya qoyduğunu iddia edərək, bunu "mübarizə fəlsəfəsi" adlandırıb.
Musavat.com






