İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamilə Vəliyeva 4 illiyə idmandan uzaqlaşdırıldı - Peskov “siyasi qərardır” dedi…

2279 29.01.2024 19:38 İdman A A

Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyevanı antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə idmandan uzaqlaşdırıb.

Bu barədə CAS-ın mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunduğuna görə, Kamilə Vəliyevanın Ümumrusiya Antidopinq Qaydalarının 4.1-ci maddəsinə uyğun olaraq antidopinq qayda pozuntusuna yol verdiyi sübuta yetirilib: “Vəliyeva 25 dekabr 2021-ci il tarixindən etibarən 4 illik diskvalifikasiyaya məruz qalıb. Onun 25 dekabr 2021-ci il tarixindən etibarən bütün nəticələri ləğv edilir ".

Tərəflərin məhdud əsaslarla 30 gün ərzində İsveçrə Federal Məhkəməsinə müraciət etmək hüququ istisna olmaqla, CAS panelinin qərarı qəti və məcburidir. Vəliyevanın tərəfi CAS tərəfindən prosessual pozuntular aşkar olunarsa, apellyasiya şikayəti verə biləcək. Məhkəmənin qərarında qeyd edilir ki, bütün sübutları diqqətlə nəzərdən keçirən komissiya Vəliyevanın qəsdən dopinqdən istifadə etməsində günahsız olduğunu sübut edə bilməyəcəyi qənaətinə gəlib.

Qadağan olunmuş trimetazidin preparatı idmaçının 25 dekabr 2021-ci il tarixli qan nümunəsində aşkar edilib və onun sınaq nəticəsi yalnız 2022-ci ilin fevralında Pekində keçirilən Olimpiya Oyunları zamanı ictimaiyyətə açıqlanıb. O vaxt Rusiya komandasının tərkibində fiqurlu konkisürən artıq olimpiya komandası turnirinin qalibi olmuşdu. Olimpiadada Vəliyeva dördüncü yeri tutduğu fərdi yarışlara buraxılıb.

Vəliyeva Mark Kondratyuk, Anastasiya Mişina və Aleksandr Qalyamov, Viktoriya Sinitsina və Nikita Katsalapovla birlikdə komanda turnirində birinci yeri tutub. ABŞ komandası ikinci, yaponlar üçüncü, kanadalılar isə dördüncü yeri tutub. İdman Arbitraj Məhkəməsi qərara alıb ki, Pekin Oyunlarında komanda turnirində medalların bölüşdürülməsi müvafiq təşkilatlar tərəfindən həll edilməlidir.

2022-ci ildə Vəliyeva Avropa çempionu olub. Turnirdə Anna Şerbakova ikinci, Aleksandra Trusova isə üçüncü yeri tutub. Beləliklə, Vəliyevanın nəticələri ləğv olunduğuna görə Şerbakova Avropa çempionu, Trusova gümüş medalçı olacaq. Bürünc medal həmin turnirdə dördüncü yeri tutan belçikalı Luna Hendricksə nəsib olmalıdır.

Rusiya prezidentinin mətbuat kativi Dmitri Peskov CAS-ın qərarının “siyasi xarakterli” olduğunu və Rusiyanın onunla razılaşmadığını bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR