İnsanlara hürriyət, millətlərə istiqlal!

Kahramanmaraşa gedən Azərbaycan heyəti Süleyman Soylu ilə görüşdü - VİDEO, FOTOLAR

877 21.02.2023 16:21 Gündəm A A

Türkiyədə baş verən zəlzələyə görə yaradılmış “Qardaş köməyi” platformasının rəhbərliyində təmsil olunan bir qrup şəxs fəlakət bölgəsinə səfər edib.

Musavat.com xəbər verir ki, səfər zamanı onlar Kahramanmaraş, Hatay və zəlzələdən ziyan görmüş ərazilərdə olacaqlar. Dəstək üçün fikir mübadiləsi aparacaqlar. Eyni zamanda mənəvi dəstək olacaqlar.

Platforma təmsilçiləri səfərin ilk günü Türkiyə daxili işlər naziri Süleyman Soylu ilə görüşüblər. Bu barədə platformanın təsisçilərindən biri Emin Həsənli məlumat verib.

O bildirib ki, Süleyman Soylu ilə yaranmış böhranlı vəziyyət, lazım olan yardımlar və bu yardımların çatdırılması ilə bağlı məsləhətləşmələr aparılıb.

Platforma təmsilçiləri qardaş Türkiyəyə maddi və mənəvi köməyin davam edəcəyini bildiriblər. Müzakirələr zamanı Süleyman Soylu Azərbaycan xalqına və dövlətinə öz minnətdarlığını bildirib.

Bununla yanaşı, platforma təmsilçiləri yerlərdə humanitar əməliyyatlarda iştirak edən hərbçilər və mülki şəxlərlə də görüşüblər.

sonra.png (84 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR