İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadr islahatları başladı - Mürsəl İbrahimov bu rəisləri işdən çıxardı

7713 29.02.2024 22:11 Son xəbər A A

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin rəisi işdən çıxarılıb.

"Report"un məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Müvafiq əmrlə Sabirabad rayon şöbəsinin rəisi, polkovnik-leytenant Əlsafa Məmmədov işdən azad edilərək, sərəncama götürülüb.

Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 136 əməkdaşı məsuliyyətə cəlb edilib.

***

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində kadr islahatları başlayıb.

Xidmət rəisi Mürsəl İbrahimovun əmri ilə bir sıra rayonların rəisləri vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Bundan əlavə bəzi rayonların rəislərinin xidməti yerləri dəyişdirilərək rotasiya olunublar.

Dövlət Xidmətindən bildirilib ki, kadr islahatlarında məqsəd daha şəffaf və dürüst xidmət təşkil etmək və vətəndaş məmnuniyyətini yüksəltməkdir.(Qafqazinfo)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR