İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırov özünü az qala Putinin nökəri elan edib-Priqojinin aqibəti qorxusu  

1070 31.08.2023 13:16 Son xəbər A A

 

Çeçenistan rəhbəri Kadırov həyatını Rusiya prezidenti Putinə borclu olduğunu və nəticəsi ölüm olsa belə, onun istənilən əmrini yerinə yetirməyə hazır olduğunu bildirib.

“Mən Rusiya Ali Baş Komandanının piyadasıyam və özümə aid deyiləm. Mən dinə, Vətənə, onun mənafeyinə aidəm. Vladimir Vladimiroviçin istənilən sifarişini yerinə yetirməyə hazıram”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər Çeçenistan lideri Ramzan Kadırovun telegram kanalında yazdığı statusda yer alıb.

Kadırovun sözlərinə görə, Putinə ondan daha çox sadiq birinin olduğunu bilsə, qəfil ölə bilər. Çeçenistan rəhbəri Rusiya dövlət başçısının onu iki dəfə ölümdən qurtardığını bildirib.

Qeyd edək ki, Rusiya mətbuatında tezliklə  Ramzan Kadırovun Yevgeni Priqojinin aqibəti ilə üzləşəcəyi barədə yazılar çıxmağa başlayıb. Çeçenistan rəhbəri bunu Rusiya daxilində nifaq salmaq məqsədi daşıyan “ucuz informasiya yayımları” adlandırıb.

“Atam Əhməd Kadırov öldükdən sonra Putin gənc olduğumu, savadlı olmadığımı, siyasətçi və iqtisadçı olmadığımı bilərək mənə inandı və müəyyən bir sahəni etibar etdi. Vladimir Vladimiroviçə sadəcə bunu dedim: icazə verin, ləyaqətlə, döyüşdə ölüm. Daha heç nə istəmədi. Və bunu ona borcluyam”,-deyə o yazıb.

 

 Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR