İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalistlər arasında Zəfər Kuboku başladı   FOTO VİDEO

503 20.07.2024 11:57 Media A A

20-21 iyulda Qusar Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü münasibətilə jurnalistlər arasında Zəfər Kuboku keçirilir.

İdman Araşdırmalar Mərkəzi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Azərbaycan Voleybol Federasiyasının dəstəyi, "Avrora Group"un baş sponsorluğu ilə ardıcıl dördüncü dəfə baş tutan yarışa 6 komanda qatılıb.

Bunlar əvvəlki iki turnirin qalibi "Şuşa", son iki finalçı "Kəlbəcər, ilk turnirin qalibi "Zəngilan", jurnalist müharibə veteranlarından ibarət "Ağdərə", "Report" İnformasiya Agentliyinin kollektivindən təşkil olunmuş "Füzuli" və debütant "Laçın" kollektivləridir.

20 iyulda yarışın açılış mərasiminə Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov da qatılmışdı.

O, çıxışında jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik etdi, yarış iştirakçılarına uğurlar arzuladı.
Olimpiya kompleksinin direktoru Elşən Məmmədov başçıya xatirə hədiyyəsi təqdim etdi.
Daha sonra komandaların oyunu başladı.

Qeyd edək ki, yarışın finalı sabah günün ikinci yarısı baş tutacaq. Yekunda mükafatlandırma mərasimi olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR