"Aparıcıyamsa, səhnədəyəmsə, küsülü olduğum adamı tərifləyib, təqdim edəcəyəm".
Bu sözləri Əməkdar artist Qorxmaz Əlili "Elgizlə izlə" verilişində deyib.
Şoumen küsülü olduğu məşhurlardan danışıb.
Q.Əlili aparıcı Elgiz Əkbərin "İzzət Bağırov gəlsə, efirdə oturmayacaqsan" sualına belə cavab verib:
"Deyəcəyəm, başım ağrıyır, gedəcəyəm. Borcum deyil İzzətlə eyni verilişdə oturum. İncəsənət aləmində 10 nəfərlə danışmıram. Amma eyni məkanda otumuşam, bildirməmişəm. Yeganə adamdır ki, onunla oturmaram. 30 ilin söhbətini açıb tökməyim. Bu məsələyə Allah nöqtə qoyub. Yaxşılığı itirən adam mənim üçün dəyərsizdir".
Qeyd edək ki, Q.Əlili illərdir İzzətlə küsülüdür. O bildirib ki, İzzəti efirə o çıxardıb. Amma ifaçı sonra onun etdiklərini unudub. Aktyor bildirib ki, Bağırov onun övladının toyuna belə gəlməyib.
"Vaxtilə müğənninin özünə zəng edirdim. İndi onunla əlaqə saxlamaq üçün üçüncü adama yığmalıyam. İndi məni saymırlar" deyə, Q.Əlili açıqlamasında deyib. (Axşam.az)