İnsanlara hürriyət, millətlərə istiqlal!

İzləyiciləri ŞOKA salan hadisə: Qadın canlı yayım açdı və...

2385 25.08.2022 09:15 Hadisə A A

Kanadada 24 yaşlı qadın sosial şəbəkədə canlı yayımda ikən yol kənarındakı hotelin hovuzunda boğularaq ölüb.


Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Ontarioda baş verib.

Hovuzda üzən qadın canlı yayım açaraq abunəçilərinə necə üzdüyünü göstərmək istəyib. O, əvvəlcə hovuzun dayaz hissəsində dayanıb. Daha sonra kanadalı telefonu hovuzun kənarına qoyaraq suyun dərin olduğu yerə üzüb.

Nəticədə canlı yayımın izləyiciləri faciənin şahidi olublar. Onlar yardım çağırışları eşidiblər, lakin tezliklə səs kəsilib.

Bir müddət sonra isə qadının hovuzdakı meyiti hotel qonaqları tərəfindən tapılıb.


Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR