İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyada yeni il şənliyində FACİƏ - Deputat silahla...

1048 02.01.2024 08:31 Dünya A A

İtaliyanın Biella şəhərində siyasətçilərin iştirakı ilə keçirilən yeni il şənliyi bir nəfərin güllələnməsi ilə nəticələnib.

Musavat.com xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti yazıb.

Məlumata görə, şənlik zamanı ölkə parlamentinin hakim “İtaliya Qardaşları” partiyasından olan deputatı Emanuele Pozzolo qonaqlara tapançasını göstərməyə çalışıb. Bir anda silahdan atəş açılıb.

Güllə ədliyyə nazirinin müavini Andrea Delmastronun mühafizəçilərindən birinin kürəkəninə dəyib. O, dərhal xəstəxanaya aparılıb.

Nazir müavininin sözlərinə görə, həmin şəxs artıq xəstəxanadan buraxılıb və özünü yaxşı hiss edir.

Pozzolo isə tətiyi çəkmədiyini, silahın təsadüfən açıldığını iddia edir.

Hazırda Biella prokurorluğu baş verənləri araşdırır. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR