İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya Ukraynaya yardım siyasətini dəyişir: “Yeni dəstək korrupsiyanı gücləndirə bilər”

524 15.11.2025 13:37 Dünya A A

İtaliya hökuməti Ukraynaya göstərilən yardım siyasətində dəyişiklik etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, ölkənin vitse-prezidenti Matteo Salvini bildirib ki, əlavə maliyyə yardımı Rusiyaya qarşı müharibəni sona çatdırmayacaq və eyni zamanda “daha geniş korrupsiyaya yol aça bilər”.

Salvini bu açıqlamanı, Kiyevdə energetika sektorunda baş vermiş və 100 milyon dollar məbləğində korrupsiya qalmaqalına istinad edərək verib. Bu qalmaqal nəticəsində Ukrayna prezidenti Zelenski iki nazirin istefasını tələb etmişdi.

Vitse-prezidentin sözlərinə görə, Ukraynaya göstərilən dəstəyin səmərəliliyi yalnız şəffaflıq və anti-korrupsiya tədbirləri ilə təmin edilə bilər, əks halda maliyyə resursları sui-istifadə olunma riskini daşıyır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR