İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçdən Türkiyə ilə bağlı MÜHÜM ADDIM  

1294 27.12.2023 14:25 Siyasət A A

 

“İsveç embarqonu ləğv edib və Türkiyəyə müdafiə sənayesində ixrac lisenziyası verməyə başlayıb”.

Musavat.com xəbər verir ki, bunu Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar bildirib.

 “Parlament komitəsi İsveçin NATO-ya üzvlük təklifini qəbul etdikdən sonra diqqəti cəlb edən bir hadisə baş verdi. Məlum olub ki, İsveç uzunmüddətli embarqodan sonra Türkiyəyə müdafiə sənayesində ixrac lisenziyası verməyə başlayıb”.

Məlumat üçün qeyd edək ki, İsveç 2019-cu ilin oktyabr ayından Türkiyəyə müdafiə təchizatına embarqo qoyub. Türkiyə Parlamentinin Xarici Əlaqələr Komissiyası çərşənbə axşamı İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu səs çoxluğu ilə təsdiqləyib və sənəd baxılmaq üçün Baş Assambleyaya təqdim edilib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR