İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç Rusiyaya etiraz notası verdi: səfir XİN-ə çağırıldı

508 29.08.2025 16:14 Dünya A A

İsveç Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya son raket zərbələrinə görə Moskvanın Stokholmdakı səfirini nazirliyə çağırıb.

Musavat.com xəbər verir ki, raket hücumları nəticəsində Kiyevdə Avropa İttifaqının nümayəndəliyi və Britaniya Şurasına məxsus binaların zədələndiyi bildirilir.

İsveçin xarici işlər naziri Maria Malmer Stenergard sosial şəbəkə X-də yazıb:

“Aydındır ki, Rusiya sülhdə maraqlı deyil və bütün Ukrayna boyunca hücumlarını davam etdirir. İndi Rusiyaya qarşı təzyiqi, o cümlədən əlavə sanksiyalar vasitəsilə artırmağın vaxtıdır. İsveç hökuməti Ukraynada ədalətli və davamlı sülh görmək istəyir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR