İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda yola avro səpələyən sürücü gündəm oldu - VİDEO

1211 19.05.2026 13:52 Dünya A A

İstanbulun Şişli rayonunda lüks avtomobil sürücüsünün etdiyi hərəkət sosial mediada gündəm olub. Lamborghini Gallardo markalı avtomobili idarə edən şəxs yolda hərəkətdə olarkən ətrafa avro səpələyib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Şişlinin sıx nəqliyyat axınının olduğu küçələrdən birində baş verib.

Lüks idman avtomobilindən yola atılan pullar həm sürücülər, həm də piyadalar arasında böyük təəccüb yaradıb.

Avro əskinaslarını görən bəzi vətəndaşlar pulları toplamaq üçün avtomobilin ətrafına toplaşıb. Hadisə qısa müddətdə ərazidə ajiotaja səbəb olub.

Baş verən anlar ətrafdakı şəxslər tərəfindən mobil telefon kameraları ilə lentə alınıb. Görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb və qısa zamanda trend mövzusuna çevrilib.

Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR