İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda tarixi əməliyyat: 1 milyon dollarlıq almaz belə ələ keçirildi - FOTO

777 18.04.2023 17:15 Son xəbər A A

İstanbulun tarixi ticarət mərkəzlərindən biri olan Qapalı Çarşıda keçirilən əməliyyatda bazar dəyəri 20 milyon TL olan və 61,38 karat olduğu təxmin edilən almaz ələ keçirilib.

Musavat.com xəbər verir ki, iki parça halında olan almazın əvvəlcə Afrikadan keçərək Suriyaya, daha sonra isə qeyri-qanuni yollarla Türkiyəyə gətirildiyi müəyyən edilib.

Polisi təşvişə salan qeyri-qanuni brilyant qaçaqmalçılığı İstanbuldakı tarixi Qapalı Çarşıda baş verib. İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə qrupları iki əcnəbi vətəndaşın qaçaq brilyant satmağa çalışdığı barədə məlumat əldə edib. Aprelin 12-də geniş miqyaslı araşdırma aparan İstanbul polisi kəşfiyyat məlumatları əsasında bazar ətrafında təqibə başlayıb. Polis ilk olaraq işlənməmiş çiy almaz satmaqda şübhəli bilinən Suriya əsilli M.M.D. və M.F.M. saxlayıb. Daha sonra bu almazı alacaq şəxsin M.A. və A.A. adlı 4 Suriyalı olduğu təsbit edilib.

Bildirilir ki, ölkəyə necə gətirildiyi araşdırılan almaz üzərində aparılan əməliyyat ölkə tarixinin ən mühüm "almaz əməliyyatları"ndan biridir. Həbs edilən şübhəlilər polisə ifadələrinin ardından ədliyyəyə sövq edilib. 4 suriyalı prokurorluğun sorğularından sonra məhkəmə nəzarəti ilə şərti azadlığa buraxılıb.

Musavat.com 

İstanbul'da tarihi operasyon: 1 milyon dolarlık elmas ele geçirildi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR