İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda bina çökdü: ÖLƏN VAR - FOTO/VİDEO YENİLƏNİB

3957 02.06.2024 18:34 Dünya A A

İstanbulda üçmərtəbəli binada 1 nəfərin ölümü, 8 nəfərin yaralanması ilə nəticələnən hadisəyə görə yaşayış evinin sahibi və birinci mərtəbədəki dönərxananın yiyəsi saxlanılıblar.

Həbslər başladılan istintaq çərçivəsində həyata keçirilir.

İlkin məlumata görə, çökməyə səbəb məhz dönərxananın fəaliyyətinin yaşayış binasının təhlükəsizliyi normalarına uyğunsuzluğu səbəb olub. Bina sahibinin obyektdəki vəziyyətdən xəbərdar olub-olmadığı araşdırılır. (Report)

***

Türkiyədə üçmərtəbəli binanın çökdüyü ərazidə xilasetmə işləri başa çatıb.

Bu barədə İstanbul vilayətinin valiliyi məlumat yayıb.

"Dağıntılar altında qalan sonuncu şəxs xilas edilib. Hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb", - açıqlamada deyilir.

Xilasedicilər orada insanların olma ehtimalını tamamilə aradan qaldırmaq üçün bir müddət araşdırmanı davam etdirəcəklər.

Zərərçəkənlər arasında iki nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, hadisə saat 08:40 radələrində İstanbulun Avropa hissəsindəki Küçükçekmece rayonunda baş verib. (Report)

***

Türkiyənin İstanbul şəhərində dördmərtəbəli yaşayış binası çöküb.

Musavat.com Türkiyə mediasına istinadən məlumat verir ki, hadisə Küçükçekmece Kartaltepe səmtində baş veribş

Binanın uçmasının səbəbi hələ məlum deyil.

Əraziyə çox sayda yanğınsöndürən və tibbi yardım briqadaları cəlb olunub. Qeyd edilir ki, dağıntılar altında qalan insanlar var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR