İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı

1142 17.03.2026 19:12 Son xəbər A A

İstanbulda Bosfor boğazında gəmi hərəkəti təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq dayandırılıb.

Boğazda gəmi hərəkəti 04:53-dən etibarən hər iki istiqamətdə bağlanıb.

Şəhərin şimal hissələrində müşahidə olunan duman səbəbindən görüş məsafəsi azalaraq dəniz nəqliyyatı üçün təhlükə yaradıb.

Bundan əlavə, City Lines şirkəti əlverişsiz hava şəraiti səbəbindən bir sıra bərə xidmətlərini ləğv etdiyini açıqlayıb. Müvəqqəti dayandırılan reyslər aşağıdakılardır:

Anadolu Kavağı - Rumeli Kavağı - Sarıyer

Sarıyer - Beykoz

Anadolu Kavağı - Üsküdar

Rumeli Kavağı - Eminönü (07:20)

Sarıyer - Eminönü (07:05)

Səlahiyyətli qurumlar hava şəraitinin yaxşılaşmasından sonra gəmi hərəkətinin və bərə xidmətlərinin bərpa olunacağını bildiriblər./Milli.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR