İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin yeni xarici işlər naziri təyin olunacaq

414 01.01.2024 04:41 Dünya A A

İsrailin Nazirlər Kabineti ölkənin xarici işlər nazirinin dəyişdirilməsini təsdiqləyib.

Əvvəllər Eli Koenin tutduğu bu vəzifəyə hazırda Energetika Nazirliyinin rəhbəri olan İsrael Kats təyin ediləcək.

Bu barədə dekabrın 31-də hökumətin mətbuat xidməti məlumat yayıb.

Öz növbəsində Koen Katsı enerji naziri vəzifəsində əvəz edəcək.

Bildirilir ki, bu təyinatlar ölkə parlamenti Knesset tərəfindən təsdiqlənməlidir.//oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR