İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin HƏMAS-la müharibəyə çəkəcəyi xərc açıqlandı: Bu, hələ nikbin qiymətləndirmədir...

1104 05.11.2023 22:02 Dünya A A

İsrailin Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatları 2024-cü ilin sonuna qədər tamamlanarsa, ən optimist hesablamalara görə, bu, 200 milyard şekelə (təxminən 51 milyard dollar) başa gələcək.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin “Calcalist” iqtisadi qəzeti İsrail Maliyyə Nazirliyinin ilkin məlumatlarına istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Livan "Hizbullah" hərəkatının, İranın və ya Yəmənin tam iştirakı olmadan hərbi əməliyyatların daha 8-12 ay davam etməsi və Qəzza zolağı ilə məhdudlaşması, səfərbər olunan 350 min nəfərin öz iş yerinə dönməsi şərti ilə bu cür xərclər İsrailin illik ÜDM-nin təxminən 10 faizini təşkil edəcək.

Nəşr bildirir ki, Maliyyə Nazirliyi bu qiymətləndirməni nikbin kimi xarakterizə edir. “Calcalist” xatırladır ki, İsraildə dövlətin pandemiya ilə bağlı xərcləri təxminən 160 milyard şekel təşkil edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR